Bakıda bu marşurutun fəaliyyəti dayandırıldı

Bakıda bu marşurutun fəaliyyəti dayandırıldı
09:53 11 Fevral 2017
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın marşrut şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində 7 nömrəli müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti dayandırılıb.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edilən marşrutun fəaliyyərinin dayandırılmasının sərnişinlərə təsirini minimuma endirmək üçün Bakı Nəqliyyat Agentliyi həmin xətt üzrə hərəkət edən marşrutların müvəqqəti istismarçılarına avtobuslarının sayının artırılaraq sərnişin axınına uyğun nizamlanmalarını tapşırıb.

Qeyd edək edək ki, 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 9-cu mikrorayon Həmzə Babaşov küçəsindən Füzuli meydanı Şəmsi Bədəlbəyli küçəsi eləcə də əks istiqamətdə hərəkət edirdi. Bu istiqamətdə gedib-gələn sərnişinlər 18 nömrəli müntəzəm şəhərdaxili marşrutundan istifadə edə bilərlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/187349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR