"Jilina"nın baş məşqçisi: "Ramil Şeydayev komandamızın fəlsəfəsinə uyğun futbolçudur"

"Jilina"nın baş məşqçisi: "Ramil Şeydayev komandamızın fəlsəfəsinə uyğun futbolçudur"
09:57 11 Fevral 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ "Azərbaycanın gənc futbolçusu ilə bir müddətdir maraqlanırdıq. O, Türkiyədə əsas heyətdə lazımi qədər oynamırdı. Amma bir neçə klubun diqqətini özünə cəlb etmişdi".
"Report"un məlumatına görə, bunu Slovakiya "Jilina"sının baş məşqçisi Adrian Qulya "Trabzonspor"dan icarəyə götürdükləri Ramil Şeydayev haqda danışarkən deyib.
42 yaşlı mütəxəssis Rusiya "Zenit"inin yetirməsi olan Şeydayevi "Jilina"nın fəlsəfəsinə əsaslanaraq, heyətə cəlb etdiklərini bildirib: "Biz gənc və perspektivli oyunçularla çalışma fəlsəfəmizə uyğun olaraq, onu komandamıza götürdük. Şeydayevin "Jilina"ya mümkün qədər tez qoşulmasına çox şadıq. Əməkdaşlığa başlayacağımız günü səbirsizliklə gözləyirik".
Qeyd edək ki, Türkiyə "Trabzonspor"undan 1,5 illik icarəyə götürülən Ramil Şeydayev komandaya ötən gün təqdim olunub. 21 yaşlı hücumçu gələn həftənin əvvəllərində tibbi baxışdan keçəndən sonra rəsmi müqaviləyə imza atacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/jilina-nin-bas-mesqcisi-ramil-seydayev-komandamizin-felsefesine-uygun-futbolcudur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR