Sərhədsiz Reportyorlar Birliyi: ABŞ-da mətbuat azadlığı düşündüyümüzdən də dəhşətlidir

Sərhədsiz Reportyorlar Birliyi: ABŞ-da mətbuat azadlığı düşündüyümüzdən də dəhşətlidir
09:57 11 Fevral 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-da 2014-cü ilin avqustundan indiyədək 20 jurnalist həbs edilib.
“Report” xəbər verir ki, bu barədə Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) məlumat yayıb.
Qurum hazırda ABŞ-da mətbuat azadlığının təhlükə altında olduğunu iddia edir:
“ABŞ-da mətbuat azadlığı bizim düşündüyümüzdən daha da dəhşətlidir. Bir həftə öncə - fevralın 1-də Dakota Birləşdirici Boru Kəmirinə (Dakota Access Pipeline) qarşı keçirilən etirazları işıqlandıran jurnalist Cenni Monet (Jenni Monet) həbs edildi. O, zaminə buraxılsa da, müəyyən təzyiqlərlə üz-üzədir”.
RSF-nin açıqlamasında xatırladılıb ki, tanınmış amerikalı filmmeyker Deya Şlosberq (Deia Schlosberg) 45 il müddətinə həbs edilib: “Ami Qudmən isə (Amy Goodman) 2016-cı ilin sentyabrında Şimali Dakotadakı Morton əyalətindəki etirazları işıqlandırarkən həs edilib”.

Xəbərin orijinal ünvanı: https://report.az/media/serhedsiz-reportyorlar-birliyi-abs-da-metbuat-azadligi-dusunduyumuzden-de-dehsetlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR