Bakıda uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb

Bakıda uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb
10:12 11 Fevral 2017
206 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.
"Report"un məlumatına görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.
Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəb şagirdi dərhal keçinib.
Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-usaq-8-ci-mertebeden-yixilaraq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR