Buddist əfsanəsinə görə, udumbara gülü 3000 ildə bir dəfə çiçək açır. Yenə eyni əfsanədə deyilir ki, sonuncu dəfə bu gül Buddanın doğuluşundan əvvəl çiçəklənib.
Publika.az xəbər verir ki, son 22 ildə udumbara gülünün dünyanın müxtəlif yerlərində çiçək açması müşahidə edilir.
Xilaskarın gəlişi
İddialara görə, bu, dünyaya böyük müdirikin - xilaskarın gəlişini
xəbər verir. Udumbara gülü kiçik və incədir, amma saplağı olduqca
möhkəmdir. Son illərdə udumbara gülünə rast gələn insanlar danışır
ki, bu gül uzun müddət solmur.
Çinin gizlətmək istədiyi hadisə
İlk dəfə Çinin dövlət KİV-i 2010-cu ildə yazdı ki, 1997-ci ildə Cənubi Koreyada Buddanın heykəlində bu gülün çiçəyi aşkarlanıb. Çin kommunist rejimi ateizm nəzəriyyəsinin tərəfdadır, buna görə də çətin ki, onlar böyük müdrikin Yer kürəsinə gəlişinə inanır. Dövlət KİV-ində bununla bağlı yayılan məqalələr tezliklə silindi, lakin məlumat internetdə yayıldı.
Buddist əfsanəsi...
Əfsanəyə görə, udumbara müqəddəs çarın (liderin) gəlişinin
müjdəçisidir. Müqəddəs lider insanlara qurtuluş gətirəcək. Buddist
mətnlərinin səkkizinci cildində “Fonetika və Xuylin izahı” zamanı
deyilir: “Udumbara gülü fövqəltəbii güclərin törəməsidir. Bu “səma
gülüdür” və Yer kürəsində mövcud deyil. Nə vaxt Tatxaqata və ya çar
qızıl təkəri ilə dünyaya gələcək, o zaman udumbara gülü çiçək
açacaq”.
2000-ci ilin oktyabrında Seul buddist məbədlərindən birinin
rahibləri qəribə hadisə ilə üzləşdilər. İlahinin qızıl suyuna
salınmış heykəlinin alnında 21 ədəd kiçik ağ gül bitmişdi.
Koreya kəşfiyyatının binası
2004-cü ilin oktyabrında Koreya Xüsusi Xidmət Orqanının (Korea
Central Intelligence Agency -KCIA) Seuldakı binasının beşinci və
yeddinci mərtbələrində udumbara çiçək açdı. Həmin vaxtdan keçən 22
il ərzində “müqəddəs gül” Yer kürəsinin müxtəlif yerlərində çiçək
açıb. İndi milyardlarla insan böyük müdrikin – xilaskarın gəlişini
səbirsizliklə gözləyir.
Asif