Bakıda uşaq 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda uşaq 8-ci mərtəbədən yıxılıb öldü
10:18 11 Fevral 2017
286 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.

Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.

Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəb şagirdi dərhal keçinib.

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/187351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR