Ermənilər atəşkəsi 33 dəfə pozub

Ermənilər atəşkəsi 33 dəfə pozub
10:42 11 Fevral 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
"Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - nazirlikdən bildirilib..

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/ermeniler-ateskesi-33-defe-pozub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR