"Mənim üçün yaxşı seçimdi" - Ramil Şeydayev

"Mənim üçün yaxşı seçimdi" -   Ramil Şeydayev
10:47 11 Fevral 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

"Trabzonspor"un Slovakiyanın "Jilina" klubuna icarəyə verdiyi Ramil Şeydayev fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, klubunun rəsmi saytına danışan millimizin üzvü buna görə sevindiyini və mütəmadi oynamaq üçün yaxşı seçim olduğunu deyib: 


"Keçidimə sevinirəm. Mənim üçün yaxşı seçimdi, bu mütəmadi olaraq oynamaq və öz komandama fayda vermək üçün bir fürsətdi. Mən "Trabzonspor"un slovakiyalı legionerləri Matuş Bero və Yan Dürits ilə danışdım və onlar məni inandırdılar ki, "Jilina“ böyük klubdu və mənə uyğundu. Ümid edirəm ki, biz birlikdə həm çempionatda, həm də avrokuboklarda qələbə qazana biləcəyik. İlk təəssüratlarım çox yaxşıdır. Yeni klubda oynamağa başlamaq imkanımı səbrsizliklə gözləyirəm".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmnim-ucun-yax-secimdiquot-t56195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR