"Jilina"nın baş məşqçisi Şeydayevdən danışdı

"Jilina"nın baş məşqçisi Şeydayevdən danışdı
11:22 11 Fevral 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Slovakiya "Jilina"sının baş məşqçisi Adrian Qulya "Trabzonspor"dan icarəyə götürdükləri Ramil Şeydayev haqda danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis Rusiya "Zenit"inin yetirməsi olan Şeydayevi "Jilina"nın fəlsəfəsinə əsaslanaraq, heyətə cəlb etdiklərini bildirib: "Azərbaycanın gənc futbolçusu ilə bir müddətdir maraqlanırdıq. O, Türkiyədə əsas heyətdə lazımi qədər oynamırdı. Amma bir neçə klubun diqqətini özünə cəlb etmişdi. Biz gənc və perspektivli oyunçularla çalışma fəlsəfəmizə uyğun olaraq, onu komandamıza götürdük. Şeydayevin "Jilina"ya mümkün qədər tez qoşulmasına çox şadıq. Əməkdaşlığa başlayacağımız günü səbirsizliklə gözləyirik".

Qeyd edək ki, Türkiyə "Trabzonspor"undan 1,5 illik icarəyə götürülən Ramil Şeydayev komandaya ötən gün təqdim olunub. 21 yaşlı hücumçu gələn həftənin əvvəllərində tibbi baxışdan keçəndən sonra rəsmi müqaviləyə imza atacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR