Metronun "Həzi Aslanov" stansiyasındakı eskalator təmirə dayandırılır

Metronun "Həzi Aslanov" stansiyasındakı eskalator təmirə dayandırılır
11:27 11 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasındakı "ET-5M" markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq. 
Bu barədə "Report" "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir. 
Məlumata görə, təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.
"Bakı Metropoliteni" müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/metronun-hezi-aslanov-stansiyasindaki-eskalator-temire-dayandirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR