ABŞ Şimali Koreyaya humanitar yardım göstərəcək

ABŞ Şimali Koreyaya humanitar yardım göstərəcək
11:32 11 Fevral 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ höküməti 2016-cı ilin sentyabrında baş vermiş və 130 nəfərdən çox insanın həlak olduğu daşqınla əlaqədar Şimali Koreyaya humanitar yardım etməyi qərara alıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi televiziyası bildirib.
Hazırda iki ölkə arasında diplomatik münasibətlər olmadığından, bütün ikitərəfli məsələlər Şimali Koreyakı İsveç nümayəndəliyi tərəfindən həll edilir.
Fevralın 10-da ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə və raket təhdidlərinin zərərsizləşdirilməsini prioritet məsələ adlandırıb. O, Şimali Koreyanı nüvə və raket proqramlarını dayandırmağa çağırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-simali-koreyaya-humanitar-yardim-gosterecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR