Broker Əbülfəzin həbs xəbəri yayıldı

Broker Əbülfəzin həbs xəbəri yayıldı
11:37 11 Fevral 2017
236 Ölkə
Ölkə mətbuatı
A- A+

"Trans Broker" MMC-nin rəhbəri, yağ məsulları və avtomobil hissələrinin idxalını monopoliyaya almış, qeyri-rəsmi milyarder Əbülfəz Məlikova cinayət işi açıla bilər. Məlumata görə, bir müddət öncə ölkəni tərk edərək Moskvaya qaçan Məlikov məcburi şəkildə Bakıya gətirilib.

Milli.Az arqument-ə istinadən xəbər verir ki, onun hazırda Bakıda olduğu deyilir. Amma ciddi nəzarət altındadır. Ölkədən çıxışına isə qadağa qoyulub. Məlikovla bağlı araşdırmaların başlanmasına səbəb isə onun gömrükdə nəzarət etdiyi vaxtlar ciddi korrupsiya faktlarına yol verməsi olub.
Bununla yanaşı, Məlikov öz biznesinin əhəmiyyətli hissəsini Rusiya paytaxtına köçürüb. Bildirilir ki, Məlikovla bağlı araşdırmalar bitdikdən sonra ona cinayət işi açıla bilər və faktlar sübuta yetiriləcəksə, həbs olunacaq. Qeyri-iş günü olduğu üçün məsələ ilə bağlı hüquq mühafizə orqanlarından mövqe öyrənə bilmədik. Əbülfəz Məlikovla əlaqə saxlamaq isə ümumiyyətlə mümkün deyil.

Məlikov mediaya qapalı şəxs olduğundan indiyə qədər heç bir media nümayəndəsi onunla əlaqə saxlaya bilməyib. Mövzunu diqqətdə saxlayacağıq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR