Bakı klubu avrokubokda 10 top fərqi ilə uduzdu

Bakı klubu avrokubokda 10 top fərqi ilə uduzdu
11:42 11 Fevral 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Qadın həndbolçular arasında "Çelenc Cup"ın 1/8 final mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, avrokuboklardakı yeganə Azərbaycan təmsilçisi ABU ilk matçını "Kram Start Elblaq" klubuna qarşı keçirib.

Polşada baş tutan qarşılaşma həndbolçularımız üçün uğursuz alınıb. Belə ki, Rəfiqə Şabanovanın rəhbərlik etdiyi ABU ilk görüşündə 10 top fərqi ilə uduzub. Komandamız ilk hissəni 11:13 hesabı ilə geridə bitirsə də, yekunda 23:33 hesabı ilə məğlub olub.
 
İkinci matç da bu gün Polşada təşkil olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR