Futbol matçında dəhşət: 17 ölü, 76 yaralı var - VİDEO

Futbol matçında dəhşət: 17 ölü, 76 yaralı var -   VİDEO
11:47 11 Fevral 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

Anqolada yerli futbol komandalarının oyunu zamanı 17 nəfər ölüb. Fanat.Az xəbər verir ki, hadisə Uiqe şəhərində, "4 yanvar" stadionunda baş verib.


"Santa Rita de Kassia" və "Rekreativo de Libolo" komandalarının oyunu zamanı azarkeşlər arasında qarışıqlıq yaşanıb. Qarışıqlığa nəyin səbəb olduğu bildirilmir. Lakin yüzlərlə azarkeşin birdən stadionun darvazalarına hücum çəkdiyi barədə məlumatlar var.


Faciə oyun başlayandan 7 dəqiqə sonra baş verib. Daha doğrusu azareşlərin bu cür davranışı ilk qol vurulan kimi müşahidə edilib. Nəticədə 17 nəfər həlak olub, 76 nəfər yaralanıb.


Maraqlıdı ki, hadisədən sonra da oyun dayandırılmayıb. Hadisənin səbəblərdən biri kimi arenada yalnız 2 polis işçisinin olduğu göstərilir.


"Kütlə içərisində olan insanlar yıxılanların üzərinə çıxmaq məcburiyyətində qalıblar", deyə yerli xəstəxananın baş həkimi Ernesto Luis bildirib.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbol-matcnda-dht-17-olu-76-yaral-var-t56197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR