Suriyada Əl-Babın mərkəzini İŞİD-dən alan Türkiyə ordusu
və Surtiya Azad Ordusu hazırda şəhərin İŞİD-dən təmizlənməsi işini
həyata keçirir.
Publika.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin
Baş Qərargahı Əl-Babla bağlı son əmrini verib.
“Yeni Şafak”ın Əl-Bab cəbhəsindən əldə etdiyi məlumata görə, türk
ordusunun komandanlığı İŞİD-ə son və öldürücü zərbənin vurulmasını
əmr edib.
Əl-Babdakı türk ordusunun komandirləri və Azad Suriya Ordusunun
rəhbərliyi hücum planı ilə bağlı toplantı keçiriblər. Təhlükəsizlik
üçün gizli keçirilən toplantıda 3 gün içində İŞİD-in Əl-Babdan
təmizlənməsi qərarı verilib.
Asif