Bu metroda eskalator təmirə dayanır

Bu metroda eskalator təmirə dayanır
12:23 11 Fevral 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır.

Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/187369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR