Ərinin məşuqəsinin başını qırxdı, soyundurdu, sonra isə... - VİDEO

Ərinin məşuqəsinin başını qırxdı, soyundurdu, sonra isə... - VİDEO
12:33 11 Fevral 2017
159 Dünya
Ölkə mətbuatı
A- A+

"Bu küçə qadınını ərimlə yataqda tutdum. Onu çirkin əməlinə, əxlaqsız davranışına görə cəzalandırdım. Qoy hamı bilsin ki, başqasının ailəsini dağıtmaq istəyi nə ilə nəticələnə bilər".

Braziliyada sosial şəbəkələrdə böyük qalmaqal yaratmış videonu paylaşan qadın belə yazıb. O, əri ilə yataqda tutduğu qadını "cəzalandırıb" və bu anları videoya çəkərək paylaşıb.

Milli.Az O Globo-ya istinadən bildirir ki, olay Braziliyanın San-Paulu ştatındakı Kubatao şəhərində yaşanıb. 42 yaşlı qadın işdən evə tez qayıdıb və yataq otağında ərini 20 yaşlı qadınla, çılpaq vəziyyətdə tutub.

Ər aradan çıxıb. Qadın isə ərinin məşuqəsini döyüb, ülgüclə saçını kəsib və sonra da "qurban"ının saçından tutub sürüyərək küçəyə çıxarıb.

O, çılpaq "qurban"ını söyə-söyə polis idarəsinə aparıb.

"Buyurun, təhvil alın əxlaqsızı", - qəzəblənmiş qadın polis idarəsində deyib.

Məşuqənin çılpaq vəziyyətdə polis idarəsinə aparıldığı anları qadının yeniyetmə oğulları videoya çəkiblər.

Qadın daha sonra videonu Facebook-da paylaşıb.

20 yaşlı "qurban" isə polisdə ifadə verərkən deyib: "Sevgilimin ailəli olduğunu bilmirdim. Mənə subay olduğunu, mənimlə evlənəcəyini söyləmişdi. 5 ay idi ki, görüşürdük".

Faktla bağlı cinayət işi qaldırılıb. Polisdən verilən məlumata görə, ərinin məşuqəsini cəzalandıran qadın qatı xuliqanlıq, işgəncə vermək və zorakılıqda suçlanır. Onu 16 ilədək həbs gözləyir.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR