İJF və SOCAR Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində xüsusi qəbul keçirib

İJF və SOCAR Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində xüsusi qəbul keçirib
12:52 11 Fevral 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ Beynəlxalq Cüdo Federasiyası (İJF) və SOCAR Fransanın paytaxtı Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində xüsusi qəbul keçirib.
"Report" İJF-nin rəsmi saytına istinadən xəbər verir ki, tədbirə cüdo aləminin məşhur simaları, 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmüş Los Anceles (ABŞ), Budapeşt (Macarıstan) və Paris şəhərlərinin nümayəndələri, müxtəlif ölkələrdən olan qonaqlar, sponsorlar və tərəfdaşlar, eləcə də jurnalistlər qatılıb. Ali cüdo qurumunun prezidenti Marius Vizer SOCAR və Azərbaycan Cüdo Federasiyasına tədbirin təşkilindəki dəstəyinə görə minnətdarlığını bildirib. M.Vizer bu gün start götürəcək "Böyük Dəbilqə" turnirinin təşkilatçıları və iştirakına uğurlar arzulayıb.
SOCAR prezidenti Rövnəq Abdullayev cüdo ailəsi üzvlərini salamlayaraq, onları Azərbaycan Mədəniyyət Mərkəzində görməkdən məmnunluq ifadə edib. O, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan danışıb, ölkədə idmanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb, idmanın əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, R.Abdullayev SOCAR-ın cüdoya dəstəyini davam etdirəcəyini bildirib: "Mən Parisdə keçiriləcək "Böyük Dəbilqə" iştirakçılarına ən çox arzularımı bildirirəm. Qoy, ən güclü qalib gəlsin".
Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova səfirin adından çıxış edərək, tədbir iştirakçılarına idman yarışında unudulmaz həftəsonu arzulayıb.
Qeyd edək ki, qəbula adları İJF-nin Məşhurlar Zalına daxil edilmiş Corc Kerr, Robert van de Valle, Yasuhiro Yamaşita, Haruki Uemura və Jan-Luk Ruj da qatılıb. "Böyük Dəbilqə"də Azərbaycanı 5 çəki dərəcəsində 7 cüdoçu təmsil edəcək.






Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/i-jf-ve-socar-parisdeki-azerbaycan-medeniyyet-merkezinde-xususi-qebul-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR