“Lukoyl-Azərbaycan” tenderlər keçirir

“Lukoyl-Azərbaycan” tenderlər keçirir
13:17 11 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı.11 fevral.REPORT.AZ/ “Lukoyl-Azərbaycan” QSC obyektlərində mühafizə və baş ofisində autsortinq xidmətlərinin göstərilməsi ilə bağlı açıq tenderlər elan edib.
Bu barədə “Report” rəsmi mətbuata istinadən xəbər verir.
Məlumata görə, iddiaçılar ilkin sənədləri fevralın 27-nə qədər, tender təkliflərini isə martın 13-nə qədər Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi.13 ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Elbir Əmiraslanovdur. Telefon: (012) 497-41-27, (050) 375-13-05 
Məlumata görə, tender təkliflərinin qüvvədə olma müddəti 90 təqvim günündən az olmamalıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/lukoyl-azerbaycan-tenderler-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR