Niyam Salami sumqayıtlılardan üzr istədi - VİDEO

Niyam Salami sumqayıtlılardan üzr istədi - VİDEO
13:24 11 Fevral 2017
655 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Niyam Salaminin Sumqayıtda yaşayanlarla bağlı dediyi "nəxənəy" (hər şeyi müftə əldə etməyə çalışan, fürsətcil şəxslərə deyilir) kəlməsi qalmaqala səbəb olub. Lent.az xəbər verir ki, ifaçı söz-söhbətə aydınlıq gətirərək, üzr istəyib:



"Bu gün xoşagəlməz sözlərlə qarşılaşdım. Dostlar, məni tanıyanlar bilirlər ki, mənim heç vaxt heç kiminlə işim olmayıb. 3 il bundan əvvəl Xırdalanda yaşayanda evimdən oğurluq edildi. Amma mən həmin adamı polisə vermədim. Hətta o, başqa oğurluq üstündə tutulanda da, buna sevinmədim. Sadəcə o gün mənə oğurluqla bağlı sual verildi, yaram təzələndi və əsəbləşib yarızarafat bunu avara uşaqlara demişəm. Əgər bu kəlməm kimlərəsə pis təsir edibsə, mən onlardan üzr istəyirəm".
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR