Azərbaycanın bank sektorunun xarici öhdəlikləri artıb

Azərbaycanın bank sektorunun xarici öhdəlikləri artıb
13:32 11 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı 10 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi bu il yanvarın 1-nə 7 224,8 mln. manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki bu, ötən il dekabrın 1-i ilə müqayisədə 185,7 mln. manat və ya 2,64% çoxdur. 
Son 1 ildə isə bankların xarici öhdəlikləri 979,7 mln. manat və ya 11,94% azalıb.
"Report"un analitik qrupu hesab edir ki, xarici öhdəliklərinin dekabr ayında artması manatın məzənnəsinin zəifləməsi ilə bağlıdır. Milli valyuta ucuzlaşmaqda davam etdiyi üçün xarici öhdəliklərin bu ilin yanvar ayında da artım nümayiş etdirməsi proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-bank-sektorunun-xarici-ohdelikleri-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR