Voleybolçularımız Çempionlar Liqasının ən yaxşıları arasında

Voleybolçularımız Çempionlar Liqasının ən yaxşıları arasında
13:52 11 Fevral 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında Çempionlar Liqasının ən yaxşılarının adları açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu mötəbər yarışın arxada qalan 4 turunda fərqlənənlər sırasında Bakı klublarından - "Telekom"la "Azərreyl"in oyunçuları da var.

Təmsilçilərimizdən ən yaxşı göstərici Olena Həsənovaya məxsusdur. İlk dövrədən sonra 10-cu olan "Telekom"un üzvü bu dəfə qitənin ən yaxşı blokçularının siyahısına başçılıq edir. Yığmamızın oyunçusu 13 setdə 21 dəfə keçilməz olub.

İlk "üçlük"də "Azərreyl"in voleybolçusu da yer alıb. Azərbaycan millisinin də şərəfini qoruyan Valeriya Məmmədova ən yaxşı top qəbul edənlər sırasında yenə ikincidir. O, üzərinə gələn topların 44,16 faizini düzgün qəbul edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR