İsveçin baş naziri İranda – FOTO

İsveçin baş naziri İranda – FOTO
13:58 11 Fevral 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

Qərbin İrana qarşı iqtisadi sanksiyaları ərəfəsində İsveçin Baş naziri Stefan Lotunun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib.

Publik.az xarici mediaya istinadən xəbər verir ki, səfər İran prezidenti Həsən Ruhaninin rəsmi dəvəti ilə baş tutub.

Stefan Lotunun Tehranın Mehrabad hava limanında İranın sənaye, mədəniyyət və ticarət naziri tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.

Səfər çərçivəsində İsveçin Baş nazirinin prezident Həsən Ruhani və digər İran rəsmiləri ilə görüşləri planlaşdırılıb.

Keçiriləcək görüşlərdə iki ölkə arasındakı iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsi, regional məsələlər, xüsusi ilə də Suriya böhranı ilə bağlı müzakirələr aparılacaq.

Xatırladaq ki, İsveç bu il iki illik müddətə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR