Dopinq-testlərə 2 milyon funt-sterlinq xərclənəcək

Dopinq-testlərə 2 milyon funt-sterlinq xərclənəcək
14:05 11 Fevral 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Futbol Assosiasiyası dopinqlə ciddi şəkildə mübarizəyə başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son vaxtlar futbolçularda tez-tez dopinq tapılması yerli assosiasiyanı ciddi tədbirlər görməyə vadar edib.

Belə ki, ingilislər 2017/18 mövsümündən dopinq-testlərin sayını artırmaq qərarına gəliblər. Maraqlıdır ki, bu artım cari mövsümdəkindən (2442) iki dəfədən də çox olacaq. Futbolçular üçün gələn mövsüm 5000 test planlaşdırılır. Buna isə 2 milyon funt-sterlinq xərclənəcək. Assosiasiya Antidopinq Agentliyi açmaq fikrindədir.
 
Qeyd edək ki, bu yaxınlarda İngiltərədə 13 futbolçuda dopinq aşkarlanmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR