MKİ Səudiyyə Ərəbistanı şahzadəsini terrorizmlə mübarizədəki xidmətlərinə görə medalla təltif edib

MKİ Səudiyyə Ərəbistanı şahzadəsini terrorizmlə mübarizədəki xidmətlərinə görə medalla təltif edib
14:07 11 Fevral 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Naifi mükafatlandırılıb. "Report" SPA rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, şahzadə terrorizmə qarşı mübarizədəki xidmətləri qarşılığında medalla təltif edilib. 
MKİ Məhəmməd ibn Naifin antiterror sahəsində yüksək kəşfiyyatçılıq fəaliyyətini, beynəlxalq təhlükəsizliyin və sülhün təmin edilməsinə töhfəsini qiymətləndirib. Medal 1997 - 2004-cü illərdə idarəyə başçılıq etmiş Corc Tenetin adını daşıyır.
Qeyd edək ki, Mayk Pompeo fevralın 10-da Ankara səfərindən sonra Ər-Riyada gedib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mki-seudiyye-erebistani-sahzadesini-terrorizmle-mubarizedeki-xidmetlerine-gore-medalla-teltif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR