Britaniya smaylla rədd edilən qızdan danışır - FOTO

Britaniya smaylla rədd edilən qızdan danışır - FOTO
14:17 11 Fevral 2017
313 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniyada Meqan adlı qız universitetə qəbul olmazdan öncə pul qazanmaq eşqinə düşüb. O, pul qazanmaq üçün ofisiant işləmək qərarına gəlib. Meqan bir neçə restorana müraciət göndərib. Şirkətlər ona "yox" cavabı veriblər. Lakin məşhur restoranlardan biri Meqanın təklifini fərqli formada rədd edib. Belə ki, onlar qızın feysbuk messencerinə "Alınmadı. Səbəbi isə çox sadədir (gülüş smaylı)" yazılan mesaj göndəriblər. Qız mesajları "screenshot" edərək "The Sun" qəzetinə müraciət edib. O, restorandan şikayətlənərək deyib:

"Heç olmasa, yox mesajını nəzakətli şəkildə verərdilər".

Milli.Az "Haberler"ə istinadla bildirir ki, "Miller & Carter" adlı restoranın sahibi qızdan üzr istəyib. O bildirib ki, mesaj səhvən gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/516553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR