“Azəravtoyol” tender keçirir

“Azəravtoyol” tender keçirir
14:22 11 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ “Azəravtoyol” ASC tabeliyindəki “Magistral avtomobil yollarının istismarı” MMC-lər üçün nəqliyyat vasitələrinin satın alınması məqsədilə açıq tender elan edib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, Azərbaycan hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu-3” layihəsinin icrası məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) kredit vəsaiti əldə edib və həmin vəsaitin bir hissəsini avtobuslar və kiçik tonnajlı yük maşınları (Lot-1), universal (pikap) və sərnişindaşıyan avtonəqliyyat vasitələri (Lot-2) almaq sərf etmək niyyətindədir. Malların çatdırılma müddəti müqavilə imzalandığı tarixdən etibarən 180 gündür.
Tenderdə iştirak haqqı 170 ABŞ dollarıdır. İddiaçılar təkliflərini martın 10-na qədər “Azəravtoyol”un yerləşdiyi Bakı şəhəri, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə ünvanına təqdim etməlidirlər. Telefon: (012) 499 79 02
Əgər iddiaçı istehsalçıdırsa son üç il üzrə orta illik dövriyyəsi 2 mln. dollardan az olmamalıdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azeravtoyol-tender-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR