Daha sürətli yollarda təmizliyi qadınlar aparmayacaqlar

Daha sürətli yollarda təmizliyi qadınlar aparmayacaqlar
14:32 11 Fevral 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti Bakı Nəqliyyat Agentliyi (BNA) küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə təkliflərini dəstəkləyib.

BNA-dan Milli.Az-a verilən məlumata görə, Agentlik küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə 15.11.2016-cı il tarixində Nazirlər Kabinetinə bir sıra təkliflə müraciət edib. Müraciətdə yol işləri və yolların təmizlənməsi, süpürülməsi işləri həyata keçirilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi, bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması, o cümlədən sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifədə edilməsinə dair məsələlər öz əksini tapıb.

Qeyd edilən təkliflər aidiyyəti dövlət qurumları tərəfindən məqsədəmüvafiq hesab edilib.

Artıq Nazirlər Kabineti bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün Ədliyyə Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanmasını tapşırıb.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/516565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR