Şeydayev "Jilina"da 50-nin 50-yə oynayacaq - ÖZƏL

Şeydayev "Jilina"da 50-nin 50-yə oynayacaq  - ÖZƏL
14:47 11 Fevral 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının gənc hücumçusu Ramil Şeydayevə AFFA-nın klub axtardığını dekabrda yazmışdıq. Artıq Fanat.Az-ın yaydığı informasiya doğrulub, futbolçu Slovakiya “Jilina”sına göndərilib və bu haqda məlumat da asossiasiyanın rəsmi saytında əksini tapıb.


Bəs görəsən “Trabzonspor”un tələb etdiyi yüksək məbləğə və qəpik-quruşa oynamağa razılaşmayan Şeydayevin arzuladığı məvacibə görə düşən düyün necə açılıb? İş ondadı ki, AFFA pul məsələsində Trabzon təmsilçisiylə dil tapmağı bacarıb. Müəyyən güzəştə razılaşan Türkiyə klubu “Jilina”dan bir qəpik də almayıb. İşi Elxan Məmmədov yoluna qoyub. Əvəzində slovaklar futbolçumuzun start “11-lik”də olacağıyla bağlı öhdəlik götürüb. Ramilin icarə əsasında oynadığına görə hazırkı klubunu ciddi xərcə salmayacağı da dəqiqdi. AFFA perspektivli gəncdən köməyini əsirgəməyəcək. Qısası, məvacibin 50 faizi neftin pulundan ödəniləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-eydayev-quotjilinaquotda-50-nin-50-y-oynayacaq-t56203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR