"İbrahimoviçə "get" dedim..." - Joze Mourinyo

"İbrahimoviçə "get" dedim..."  - Joze Mourinyo
15:27 11 Fevral 2017
160 İdman
Ölkə mətbuatı
A- A+

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandasının forvardı Zlatan İbrahimoviç haqda danışıb. Fanat.Az xəbər verir ki, Don Joze Bosniya və Hersoqovina əsilli isveçlinin daha bir il MY-də qalacağına əmin olduğunu dilə gətirib.

 

“O, bura iki mövsüm oynamaq üçün gəlib. Əminəm ki, 2017/18 mövsümündə də qırmızı futbolkada top qovacaq. Zlatan başa düşür ki, biz növbəti “futbol ili”ndə daha artığına nail olmağa çalışacağıq. Yayda gedəcəyinə inanmıram. Karyerasını burda bitirəcək və oynadığı son mövsümdə sözünü deyəcək. Zlatan əsl peşəkardı. Ona İsveçə getmək, ailəsinə baş çəkmək üçün bir neçə günlük icazə verdim. İmtina etdi, getmədi. Kluba tam uyğunlaşıb”.

 

Qeyd edək ki, 36 yaşlı İbra bu mövsüm İngiltərə çempionatında 15 top vurub.

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbrahimovic-quotgetquot-dedimquot-t56204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR