İran Suriyadakı əməliyyatları dəstəkləmək üçün öz hava məkanını Rusiyaya aça bilər

İran Suriyadakı əməliyyatları dəstəkləmək üçün öz hava məkanını Rusiyaya aça bilər
15:37 11 Fevral 2017
177 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ İran Suriyada quru əməliyyatlarını dəstəkləmək üçün Rusiyaya öz hava məkanından istifadə etməyə icazə verə bilər.
“Report”un IRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bildirib.
"Suriyada terrorizmə qarşı mübarizə aparmaq üçün İran və Rusiyanın geniş əməkdaşlığı mövcuddur. Ehtiyac yarandıqda və ölkənin hərbi məmurları tərəfindən bu barədə elan olunduqda, İran öz hava məkanını Suriyada quru əməliyyatları dəstəkləmək üçün Rusiya təyyarələrinin istifadəsinə verəcək", - Şamxani bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ran-suriyadaki-emeliyyatlari-desteklemek-ucun-oz-hava-mekanini-rusiyaya-aca-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR