Muslera: "Təklif gəlsə qəbul edərəm"

Muslera: "Təklif gəlsə qəbul edərəm"
15:57 11 Fevral 2017
119 İdman
Ölkə mətbuatı
A- A+

"Galatasaray"ın uruqvaylı qolkiperi Fernando Muslera "Kayserispor"la oyun öncəsi maraqlı açıqlamalar səsləndirib.

Goal.az xəbər verir ki, 30 yaşlı qapıçı yeni təklif alarsa, qəbul edəcəyini bildirib: 

"6 ildir "Galatasaray" üçün oynayıram. Bura öz evim kimidir və burada olmaq məni çox xoşbəxt edir. Rəhbərliklə aram həmişə yaxşı olub. Müqaviləni uzatmaq təklifi gəlsə, sevə-sevə qəbul edərəm. Başqa klubdan da "Galatasaray"ın işinə yarayacaq təklif gələrsə, rəhbərliklə oturub danışarıq".

"Akhisar"la oyunda 185-ci dəfə forma geyinən Muslera əfsanəvi qapıçı Taffareli qabaqlamışdı. Futbolçu qarşıdakı 3 oyunda iştirak edib "cim-bom"un ən çox forma geyinən xarici futbolçusu olmaq istədiyini də gizlətməyib: 

"Belə rekordlar qürurvericidir. Taffareli keçəndə onunla zarafatlaşmışdıq. 3 oyun keçirəndən sonra klubun daha bir əfsanəsi qapıçısı Simoviçi də keçəcəm. "Galatasaray"a çox şey borcluyam. Daha çox çalışıb, qarşılığını vermək istəyirəm".

Qeyd edək ki, "Galatasaray" - "Kayserispor" matçı sabah saat 20:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR