Düyünü bişirmədən öncə suda isladın, yoxsa... - TƏHLÜKƏ

Düyünü bişirmədən öncə suda isladın, yoxsa... - TƏHLÜKƏ
16:43 11 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Alimlər sübut edib ki, düzgün bişirilmədikdə düyü sağlamlığımıza ciddi ziyan vura bilər.

Publika.az-ın məlumatına görə, Belfast Kral Universiteti alimləri düyüdə çoxlu miqdarda "arsen" adlı zəhərli maddəni aşkar edib. Bu maddə düyüyə torpaqdan və sudan düşür. İstənilən digər məhsullarla müqayisədə düyüdə arsenin miqdarı 10 dəfə çoxdur.

Arsen güclü zəhərdir və orqanizmdə toplanaraq xərçəng, ürək xəstəlikləri, diabet, sinir sistemi pozulmalarının riskini xeyli artırır.

Düyüdə arsenin konsentrasiyanı azaltmaq üçün həkimlər düyünü yaxşı yumağı və axşamdan səhərə qədər bol suda islatmağı tövsiyə edirlər. Bu halda aresin miqdarı düyüdə 80%-ə qədər azalır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/187379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR