ABŞ Gürcüstanda hərbi baza inşa edəcək

ABŞ Gürcüstanda hərbi baza inşa edəcək
17:32 11 Fevral 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ Gürcüstanda hərbi təlim mərkəzini inşa edəcək. Bu mərkəz NATO missiyasının əsgərlərinin hazırlıq keçdikləri ABŞ-nın Almaniyadakı “Xoxenfels” bazasının analoqu olacaq. “Report”un Gürcüstan mətbuatına istinadən xəbər verdiyinə görə, bu barədə Gürcüstanın Müdafiə Nazirlyindən nazir Levan İzoriya və Baş Qərargah rəisi Vladimir Çaçıbayın Almaniyaya səfərinin yekunlarına əsasən bildirilib.  
Səfər çərçivəsində nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti ABŞ-nın Avropadakı Quru Qoşunları komandanı, general-leytenant Frederik Ben Hodceslə və ABŞ-nın Avropa Qüvvələrinin təlim komandanlığının rəhbəri Antonio Auqusto ilə görüş keçirib.
Yaxın gələcəkdə general Auqusto inşa ilə bağlı ətraflı müzakirələr aparmaq üçün Tbilisiyə səfər edəcək.
Ötən ilin sonunda Vaşinqton və Tbilisi Gürcüstan hərbçilərinin üç illik hazırlıq proqramını razılaşdırıb. Mərkəz bu proqramın çərçivəsində inşa olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-gurcustanda-herbi-baza-insa-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR