450 gün açıq kosmosda qaldı, məhv olmadı

450 gün açıq kosmosda qaldı, məhv olmadı
18:32 11 Fevral 2017
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

Almaniyanın Fraunqofer İnstitutunun əməkdaşları bildiriblər ki, Antarktida yosunları açıq kosmos şəraitində yaşaya bilir.

AZƏRTAC lenta.ru saytına istinadla xəbər verir ki, alimlər Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində yosunlar üzərində eksperiment apardıqdan sonra bu qənaətə gəliblər. Yosunlar bir az qurudulub və kosmik stansiyada xüsusi novlara yerləşdirilib. Burada onlar 450 gün ərzində kosmik mühitin təsirinə məruz qalıb. Yosunların bütün nümunələri Yerə qaytarıldıqdan sonra nəsil verə bilib.

Alimlər yosunların məhv olmamasının mexanizmlərini aydınlaşdırmağa çalışırlar. Bu, uzun müddət ərzində kosmosda qalan astronavtların müdafiəsi üzrə yeni strategiyanın hazırlanmasına kömək edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/516598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR