"Yuventus"un prezidentindən türk sevgilisinə bahalı hədiyyə

"Yuventus"un prezidentindən türk sevgilisinə bahalı hədiyyə
18:37 11 Fevral 2017
142 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus" futbol klubunun prezidenti Andrea Aqnelli sevgilisi Deniz Akalın üçün yenə sərvət xərcləyib.


Daha öncə sevgilisinə İtaliyada, Como gölünün sahilində 21 milyon avro (təxminən 41 milyon manat) dəyərində malikanə alan prezident bu dəfə ona Bodrumda yeni bir villa almaq niyyətindədir.


Onun almaq üçün nəzərdə tutduğu villanın qiymətinin isə 9 milyon avro (təxminən 18 milyon manat) olduğu öyrənilib.


Qeyd edək ki, Andrea türkiyəli modellə gizli eşq yaşadığı üçün 10 il evli olduğu Emma Vinterdən ayrılıb. "Fiat" şirkətinin sahibi olan Aqnelli 100 milyard dollar sərvəti olan ailəsinin bu münasibətə qarşı çıxmasına baxmayaraq onunla əlaqəsini bitirməyib.(axşam.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotyuventusquotun-prezidentindn-turk-sevgilisin-bahal-hdiyy-t56210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR