Bu il "Oskar" səhnəsində onlar çıxış edəcəklər

Bu il "Oskar" səhnəsində onlar çıxış edəcəklər
18:42 11 Fevral 2017
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

Fevralın 26-da "Oskar" mükafatlarının təqdimetmə mərasimi baş tutacaq.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, artıq həmin gecə müğənni kimi kimlərin çıxış edəcəyi bəlli olub.

Mükafata namizəd olan Lin-Manuel Miranda, Stinq, Castin Timberleyk və 2014-cü ildə "Oskar" qazanan Con Lecend həmin gün mahnılarını səsləndirəcəklər.

89-cu dəfə keçirilən mərasimdə Miranda "Moana" animasiya filminin mahnısı "How Far I'll Go"oxuyacaq.

Stinq "Jim: The James Foley Story" sənədli filmi üçün oxuduğu "The Empty Chair" mahnısını bir daha ifa edəcək.

Timberleyk isə "Trolls" filmi üçün hazırladığı və ötən il ən çox dinlənilən mahnılardan olan "Can't Stop the Feeling" mahnısını səsləndirəcək.

C.Lecend isə "La La Land" filminin mükafata namizəd olan iki mahnısı "Audition" və "City of Stars"ı oxuyacaq. Filmdə mahnıları Emma Stoun və Rayan Qoslinq oxusalar da, onlar səhnəyə çıxmaycaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/516600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR