Gürcüstanda azərbaycanlı gənclərin qanunlardan xəbərsiz olması bir sıra problemlər yaradır

Gürcüstanda azərbaycanlı gənclərin qanunlardan xəbərsiz olması bir sıra problemlər yaradır
18:52 11 Fevral 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 11 fevral. REPORT.AZ/ Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası (GAHA) “Gürcüstanda azərbaycanlı gənclərin hüquqi maarifləndirməsi” layihəsini davam etdirir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, layihə çərçivəsində növbəti görüş azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda keçirilib.
Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan tələbələrin, müxtəlif sahələrdə çalışan gənc mütəxəssislərin iştirak etdiyi tədbirdə milli azlıqların konstitusion hüquqları, beynəlxalq hüququn tələbləri və digər məsələlər müzakirə olunub.
GAHA-nın təsisçisi, hüquq elmləri magistri Əli Bədirov bildirib ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar konstitusiya ilə təsbit olunmuş bütün hüquqlara malikdirlər. Lakin bəzi gənclərin dövlət dilini bilməməsi, qanunlardan xəbərsiz olması bir sıra problemlər yaradır. Bu gün gənclərin erkən ailə qurmaları, boşanmalar, daşınan və daşınmayan əmlakla, eləcə də, yerli bələdiyyələrə və parlamentə keçirilən seçkilərdə iştirakla bağlı mövcud olan problemləri də onların öz hüquqlarını bilməməsindən irəli gəlir.
Əli Bədirov gənclərin suallarını cavablandırıb, problemlərinin həlli ilə bağlı hüquqi yardım göstərib.

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/gurcustanda-azerbaycanli-genclerin-qanunlardan-xebersiz-olmasi-bir-sira-problemler-yaradir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR