Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artdı

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artdı
18:53 11 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 33 faiz artıb.

Publika.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O bildirib ki, Belarusda 69 Azərbaycan şirkəti, Azərbaycanda isə 31 Belarus şirkəti fəaliyyət göstərir. Gəncə Avtomobil Zavodunda Minsk Traktor və Avtomobil zavodları ilə birgə istehsal təşkil edilib və 2007-2016-cı illərdə 10 mindən çox traktor, avtomobil, qoşqular və digər avadanlıqlar istehsal edilib.

Azərbaycan məhsullarının Belarusa ixracının artırılması məqsədilə Belarusda “Azərbaycan Ticarət Evi”nin təşkilinə başlanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/187410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR