Polislər külli miqdarda marixuana aşkar ediblər

Polislər külli miqdarda marixuana aşkar ediblər
18:57 11 Fevral 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəbələ RPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, əməliyyat  nəticəsində şəhər sakini İlqar Nəsirovdan 7,73 qram marixuana, evinə baxış zamanı isə əlavə olaraq 470 qram marixuana aşkar edilərək götürülüb. 

Davam etdirilən əməliyyat tədbirləri ilə  İ.Nəsirova narkotik vasitəni satan Zarağan kənd sakini, əvvəllər məhkum olunmuş İlkin İsmayılov da müəyyən edilərək tutulub.  Ondan 6,88 qram, evinə baxış zamanı isə 318 qram marixuana aşkar edilərək götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/516601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR