Nişanlı ola-ola yaxınlıq edən necə tövbə etsin?

Nişanlı ola-ola yaxınlıq edən necə tövbə etsin?
19:12 11 Fevral 2017
285 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu əməl islamda qeyri-qanuni nikah, yəni şəriət termini ilə ifadə etsək zina hesab olunur.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Qurani Kərimdə Uca Allah bu haqda belə buyurur: "Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!" (əl İsra, 32)
   Özünüz söylədiyiniz kimi günahı səmimi etiraf etməyiniz və bu əməldən peşman olmağınız öz-özlüyündə tövbənin mühüm şərtlərindən sayılır. Ümumi olaraq tövbənin aşağıdakı şərtləri vardır:
1. Etdiyin günahı Allahın qarşısında səmimi etiraf etmək.
2. Həmin əməldən dərin peşmançılıq çəkmək.
3. Bir daha həmin əmələ qayıtmamağa qəti qərar vermək.
Xatırladaq ki, Uca Allah qullarına qarşı Mərhəmətli, Rəhmli və bağışlayandır. Əgər bəndə tövbənin şərtlərinə əməl edərsə, Allah onu bağışlayar.
Həmçinin, belə bir vəziyyətdə kəbin kəsdirməyiniz daha çox məqsədə uyğun sayılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR