Əksər avropalılar müsəlmanların mühacirətinə qarşı çıxır

Əksər avropalılar müsəlmanların mühacirətinə qarşı çıxır
20:05 11 Fevral 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropalıların əksəriyyəti müsəlman çoxluqlu ölkələrdən mühacirətin əleyhinədir. Bu qənaəti ABŞ prezidenti Donald Trampın Yaxın Şərq və Afrikada yerləşən 7 ölkədən mühacirətə müvəqqəti qadağa qoymaq haqda sərəncamından sonra keçirilən rəy sorğusu əks etdirir.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Britaniyada qərargahlanan Chatham House araşdırma təşkilatının keçirdiyi rəy sorğusu "müsəlman ölkələrindən qaynaqlanan mühacirətlə bağlı Avropada dərin və geniş ictimai narahatlığın" mövcudluğunu göstərir.

Avropa İttifaqının 10 ölkəsində rəyi soruşulanların əksər qismi müsəlman çoxluqlu ölkələrdən bütün gələcək mühacirətin dayandırılmasını istəyir.

Chatham Haouse müəyyən edib ki, müsəlmanların mühacirətinə qarşı ən kəskin çıxanlar əsasən təqaüd yaşlı avropalılardır. 30 yaşdan aşağı avropalılarda bu sentiment xeyli zəifdir.

Respondetlərin təhsil səviyyəsi də rəylərdə özünü əks etdirir. Yalnız morta məktəb təhsilli adamlardan 59 faizi müsəlmanların gəlişin qarşı çıxır, lakin universitet dərəcəli adamların yarısından az kəsimi eyni fikri pöaylaşır.

Kənd yerlərində yaşayan insanlar müsəlmanların mühacirətinə qarşı çıxmağa daha meylli olur.

Rəyi soruşulan 10 Aİ ölkələrində 55 % müsəlman ölkələrindən bütün mühacirətin dayandırılmasını istəyir, 25 % neytraldır, 20 % isə əleyhinə çıxır

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR