Qida borusunun qeyri spesifik hərəki pozğunluğu

Qida borusunun qeyri spesifik hərəki pozğunluğu
21:12 11 Fevral 2017
344 Ölkə
Ölkə mətbuatı
A- A+

Qida borusunun hərəki funksiyasının peristaltika fonunda qeyri -spesifik pozğunluğunun əsas əlamətləri bunlardır:
- ağrı
- disfaqiya
* Döş sümüyünün yuxarı və orta1/3-də müxtəlif intensivlikli ağrıların olması.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, ağörılar adətən qida qəbulu,udqunma zamanı meydana çıxır.Bir qayda olaraq ağrılar davamlı deyil,müstəqil və ya antasidlərin qəbulu və ya bir udum su qəbulundan sonra keçə bilir.
* Disfaqiya nadir hallarda müşayət olunur.
Rentgenoskopiyada qida borusu divarının udqunma zamanı əmələ gələn qeyri-propulsiv və qeyri-peristaltik yığılması qeyd olunur.Qida borusunun hərəki pozğunluğunu birinci növbədə aşağıdakı xəstəliklərlə differensasiya eləmək lazımdır:
- kardiyanın axalaziyası
- qida borusunun xərçəngi
- qastroezogageal reflyuks
- ürəyin işemik xəstəlikləri
Xəstəliyə dəqiq diaqnoz qoymaq üçün qida borusunun bir-neçə müayinəsi aparılmalıdır:
- rentgenoskopiya
- ezofaqoskopiya
- qida borusunun pH metriyası
- qida borusunun manometriyası
- qida borusuna xlorid turşusu yeritməklə sınaq
- elektrokardioqrafik nəzarət altında rezin balonun şişirdilməsi ilə dilatasion sınağı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR