Sızanaq deşilib içindən qan gələrsə, dəstəmaz pozulurmu?

Sızanaq deşilib içindən qan gələrsə, dəstəmaz pozulurmu?
21:47 11 Fevral 2017
220 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəstəmazlı adamın bədənindəki sızanaq deşilib içindən qan gələrsə, dəstəmaz pozulurmu?

Milli.Az islam.az-a istinadən bildirir ki, dəstəmazı pozan hallar şəriət kitablarında (risalə və elmi-hallarda) ətraflı yazılıb. Şiə (cəfəri) məzhəbinə görə bədəndəki yaradan qan çıxması dəstəmazı pozmaz, qan ləkəsini yuyub yaranı pak etmək kifayətdir. Əhli-sünnət məzhəblərindən şafii və malikilərin də baxışı eynidir. Bu iki məzhəbə görə yaradan çıxan qan dəstəmazı batil etməz. Hənəfi məzhəbinə görə, sızanaq və yaradan çıxan qan əgər dağılıb ətrafa yayılarsa dəstəmazı pozar, əgər ətrafa yayılmayıb yerində qalarsa, dəstəmaz pozulmaz. Hənbəli məzhəbinin də baxışı buna yaxındır, yaradan çıxan qan çox olsa dəstəmaz pozular, az olsa pozulmaz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR