“La Razon” Azərbaycan-İspaniya əlaqələrindən yazdı

“La Razon” Azərbaycan-İspaniya əlaqələrindən yazdı
21:57 11 Fevral 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Azərbaycan ilə İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur.

İspaniyanın nüfuzlu "La Razon" qəzetində dərc olunmuş "İspaniya ilə Azərbaycan arasında gümüş alyans" adlı məqalədə 25 illik münasibətlərin inkişafına nəzər salınır. Məqalədə deyilir ki, bu il Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd edilir. 2005-ci ildə Madrid şəhərində Azərbaycan səfirliyinin açılması bu əlaqələrin inkişafına təkan verib. Hər il ölkələr arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığı gücləndirən qarşılıqlı səfərlər həyata keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanla İspaniya bir çox sahələrdə ortaq dəyərləri paylaşır. İldən-ilə turizm sahəsində qarşılıqlı maraq artır. Mədəniyyətlərin qovuşuğu olan, Cənubi Qafqaz regionunda böyük iqtisadi və nəqliyyat layihələrini həyata keçirən Azərbaycan ispan turistlərində maraq doğurur.

Son illər iki ölkə arasında əlaqələrin inkişafı nəzərə çarpır. 2014-cü ildən Azərbaycanda İspaniyanın nümayəndəliyi fəaliyyət göstərir. Müxtəlif istiqamətlərdə əlaqələrin intensivləşməsi mədəniyyət, təhsil, elm kimi bir çox sahələrdə sazişlərin imzalanmasına təkan verib. 2011-ci ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İspaniyaya rəsmi səfəri zamanı diplomatik pasportlara malik vətəndaşlar üçün qısamüddətli viza rejiminin ləğv edilməsi haqqında Saziş imzalanıb. 2014-cü ildə İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqayonun Azərbaycana rəsmi səfəri zamanı "Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərdən yayınmanın qarşısının alınması haqqında Konvensiya" imzalanıb. Bu, öz növbəsində, iqtisadiyyat və sərmayələr sahəsində əlaqələrin genişlənməsinə təkan verib.

Beynəlxalq terrora qarşı mübarizədə müttəfiq olan ölkələr sülhün təşviqi üçün möhkəm sadiqlik nümayiş etdirirlər. Həm İspaniya, həm də Azərbaycan Mədəniyyətlərarası Dialoq Forumunun və BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun qərargahıdır. Bu baxımdan təşəbbüskarı İspaniya olan və 2016-cı ildə Bakıda keçirilən Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu bariz nümunə kimi göstərmək olar. Sözügedən Forumda iştirak edən İspaniyanın o zamankı xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqayo, həmçinin Forum çərçivəsində təşkil edilmiş Azərbaycan-İspaniya biznes forumuna həmsədrlik edib.

İspaniya hökuməti Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. İspaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən beynəlxalq hüququn prinsip və normalarına, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq münaqişənin tezliklə siyasi yolla həllinə çağırır.

İspaniya Azərbaycanın Avropa İttifaqına yaxınlaşması üçün davamlı səylərini göstərir. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sahəsində mövqelərin yaxınlaşmasına böyük önəm verilir. Məhz bu səbəbdən Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycana səfər edib. Dörddəbir əsrdə qət edilmiş yol göstərir ki, hər iki ölkə qarşılıqlı faydalar üçün əlaqələrin möhkəmləndirilməsinə əsas olan ortaq dəyərləri paylaşır.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR