Samir arvadının təhqirlərinə dözməyib özünü vurdu

Samir arvadının təhqirlərinə dözməyib  özünü vurdu
22:27 11 Fevral 2017
314 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda 34 yaşlı kişi intihara cəhd edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Nəsimi küçəsi, 22 ünvanında qeydə alınıb.

1983-cü il təvəllüdlü Samir Fərzəliyev yaşadığı evdə intihar etmək məqsədilə qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. O, 3 saylı Sabunçu şəhər xəstəxanasına gətirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Həkim nəzarəti altında saxlanılan Samir Fərzəliyevinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, hadisədən əvvəl Samir Fərzəliyev həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın onu təhqir edib. Həyat yoldaşının təhqirlərinə dözməyən Samir intihar etmək istəyib.
Bildirilir ki, Samir Fərzəliyev narkotik vasitələrin aludəçisidir.

Samir Fərzəliyev paytaxtda inşa olunan tikintilərdə fəhləlik edib.

Faktla bağlı araşdırma aparılır.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516654.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR