Azərbaycan və İsrail bu silahı sınaqdan keçirdi

Azərbaycan və İsrail bu silahı sınaqdan keçirdi
22:44 11 Fevral 2017
462 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın əvvəllərində İsrailin “Israel Aerospace Industries” şirkəti dənizdə yerləşən “Barak-8” zenit-raket kompleksini (ZRK) sınaqdan keçirib. Virtualaz.org xəbər verir ki, bu barədə upi.com məlumat yayıb.

 

ZRK-nin sınaqları uğurla keçib. “Barak-8” sistemi bir neçə hədəfi müxtəlif döyüş ssenariləri üzrə məhv etməyi bacarıb.

 

Mənbəyə əsasən, bu cür sınaqları ilk dəfə ötən ilin dekabr ayında Azərbaycan Silahlı Qüvvələri də keçirib. Azərbaycan İsraildən 12 zenit qurğusu və 75 raket alıb.

 

Mütəxəssislərin fikrincə, “Barak-8” sistemi “İskəndər” raket kompleksini neytrallaşdırmaq iqtidarındadır.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267395

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR