Bakıda solmuş çəmənliklər rənglənir

Bakıda solmuş çəmənliklər rənglənir
22:52 11 Fevral 2017
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxt Bakıda yol kənarlarındakı yaşıl ot örtükləri qış mövsümünün gəlişi ilə solub. Aidiyyatı qurumlar isə solmuş otu rəngləməyə başlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,yol boyu kilometrlərlə uzanan yaşıllıqlara nəzarət edən "Bakı Abadlıq Xidməti" MMC iki gündür bu işlə məşğuldur. MMC rəhbərliyinin göstərişi ilə saralan otların boyanmasına başlanılıb. Heydər Əliyev prospekti boyunca uzanan ot örtükləri yaşıl boya ilə rənglənir. Bu hadisə bir müddət əvvəl Türkiyədə baş verən maraqlı hadisənin demək olar ki, eynisidir.

Xatırladaq ki, Türkiyənin İzmir şəhərində dövlət əhəmiyyətli binanın açılışı zamanı bələdiyyə rəhbərliyinin göstərişi ilə yaxınlıqda olan daşlar, dağ yamacları yaşıl rəngə boyanmışdı. Bələdiyyə sədrinin bu addımı həm Türkiyə, həm də Azərbaycanda sosial şəbəkə istifadəçilərinin geniş müzakirələrinə səbəb olmuşdu. İndi isə bənzər hadisə Azərbaycanda qeydə alınıb.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/516658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR