Naxçıvanda İran İslam İnqilabı zəfərinin 38-ci ildönümü qeyd olunub

Naxçıvanda İran İslam İnqilabı zəfərinin 38-ci ildönümü qeyd olunub
23:27 11 Fevral 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 fevral. REPORT.AZ/ İran İslam İnqilabı zəfərinin 38-ci ildönümü Naxçıvanda qeyd olunub.
İranın Naxçıvandakı Baş Konsulluğundan “Report”a verilən məlumata görə, təşkil olunan rəsmi qəbulda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, sədr müavinləri, nazirlər, universitet rektorları, mədəniyyət və incəsənət, mətbuat və idaman nümayəndələri, Türkiyə Baş Konsulluğunun əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən İranın baş konsulu Mansur Airom İslam İnqilabını regionda və İslam dünyasında yeni mərhələnin başlanğıcı adlandırıb.
Konsul Azərbaycanın, o cümlədən Naxçıvanın İran ilə əməkdaşlığının əhəmiyyətini diqqətə çatdıraraq, prezidentlərin yeddi dəfə təşkil olunan görüşünü, yüksək vəzifəli şəxslərin dəfələrlə bir araya gəlməsini və bir neçə əməkdaşlıq sənədinin imzalanmasını, hər iki tərəfin əlaqələri irəliləyən xətt üzrə davam etdirmək istəklərinin olmasını mövcud münasibətlərin inkişaf etdirilməsi kimi xarakterizə edib.
Vasif Talıbov çıxışı zamanı İran xalqını milli bayramı münasibətilə təbrik edərək, İran ilə Naxçıvan arasındakı iqtisadiyyat, gömrük, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət və turizm sahələrindəki əməkdaşlıqların inkişafına diqqət çəkib. O, Naxçıvanla İranın qonşu vilayətləri arasındakı əlaqələri müsbət və ümidverici olaraq dəyərləndirib.
Daha sonra, tədbirin bədii hissəsində iranlı sənətkar Əli Davudi fars və Azərbaycan dillərində mahnılar səsləndirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/naxcivanda-i-ran-i-slam-i-nqilabi-zeferinin-38-ci-ildonumu-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR