Ərdoğan BMT baş katibi ilə görüşdü

Ərdoğan BMT baş katibi ilə görüşdü
23:37 11 Fevral 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

BMT baş katibi Antoniu Quterriş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Suriya və İraqdakı vəziyyəti, habelə Kipr nizamlanmasını müzakirə edib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, görüş İstanbulda baş tutub.
BMT mətbuat xidmətinin məlumata görə, baş katib Rusiya ilə birgə Astanada Suriyaya dair konfransın keçirilməsinə görə Türkiyə prezidentinə təşəkkürünü bildirib.
 
Baş katib Suriyada terror və ekstremizmlə mübarizənin vacibliyini qeyd edib.  "Lakin bu səylər xalqın dəstəkləyəcəyi siyasi qərar olmadan uğursuz olacaq", -  deyə məlumatda bildirilir.
 
Tərəflər həmçinin İraqdakı vəziyyəti müzakirə ediblər. Qutteriş qeyd edib ki, Mosulun və ölkənin digər rayonlarının İŞİD-dən  azad  olunması uğrunda aparılan əməliyyatlar konfessiyalararası ziddiyyətləri şiddətləndirməməlidir: "Terrorla mübarizə milli barışıq simvoluna çevrilməlidir".  
 
BMT baş katibi və Türkiyə prezidenti həmçinin Kipr nizamlanmasındakı vəziyyəti müzakirə ediblər. Bu mövzuda diskussiyanın təfərrüatları açıqlanmır.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR